Liderlər Rusiyanın bu əməlini PİSLƏDİ

Xəbər verdiyimiz kimi, avqustun 10-da Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Adalet.az-ın məlumatına görə, telefon danışığı zamanı tərəflər Ukrayna ərazisində Azərbaycanın SOCAR şirkətinə məxsus neft anbarına və ölkəmizə aid digər obyektlərə, həmçinin Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına Rusiya tərəfindən məqsədyönlü şəkildə hava zərbələrinin endirilməsini pisləyib.
Liderlər bunun Azərbaycan ilə Ukrayna arasında energetika sahəsində əməkdaşlığın dayandırılmasına heç bir halda səbəb olmayacağına əminliklərini vurğulayıblar.
Digər Xəbərlər

İlham Əliyev BƏƏ Prezidentinə zəng edib

İlham Əliyev Şahbaz Şərifə ZƏNG ETDİ

Zelenski İlham Əliyevi TƏBRİK ETDİ

Qazaxıstan Prezidenti Azərbaycan liderini təbrik edib

Prezident Berdiməhəmmədovla müzakirə APARDI

ICESCO-nun Baş direktorundan İlham Əliyevə TƏBRİK

Polşa Azərbaycan və Ermənistan arasında tarixi bəyannaməni ALQIŞLADI
