Limanda faciə: Qaz sızması canlar aldı...
İordaniyanın Aqaba limanında qaz sızması baş verib.
Adalet.az Türkiyəyə məxsus Teleqram kanallarına istinadən xəbər verir ki, bu barədə ölkənin Dövlət Sərhəd Təhlükəsizliyi Departamenti məlumat yayıb.
Bildirilir ki, sızma daşıma əməliyyatı zamanı, zəhərli qazla dolu çənin aşması zamanı baş verib. Sızma nəticəsində 10 nəfər ölüb,250nəfər zəhərlənib.
Hazırda mütəxəssislər hadisənin nəticələrinin aradan qaldırılması ilə məşğuldur. Məlumatlara görə, xəsarət alanların içərisində ağır vəziyyətdə olanlar çoxdur və mümkündür ki, ölənlərin sayı artsın
Qeyd edək ki, buna bənzər bir hadisə iki iəvvəl də baş vermişdi. 2020-ci ilin avqustun 4-də Livanda dəhşətli partlayış baş vermişdi. 2500 ton ammonium-nitrat maddəsinin olduğu anbarda baş verən partlayış nəticəsində limana yaxın ərazi xarabalığa çevrilmişdi.Həmin faciədə 214 nəfər həyatını itirmiş, minlərlə insan yaralanmışdı. Livan Prezidenti Mişel Aunun sərəncamı ilə avqustun 4-ü matəm günü elan etmişdi.
Əntiqə Rəşid
Digər Xəbərlər
16 Sentyabr 2026 16:14
"İranla müharibə ABŞ-yə baha başa gəlir"
16 Sentyabr 2026 16:10
Kosovonun eks-liderinə 25 il həbs cəzası verildi
16 Sentyabr 2026 15:22
Amerikalılar İranla münaqişə fonunda 107 milyard dollar yanacaq alıblar
16 Sentyabr 2026 14:47


Bakı -°C

