"Limanlara gəmilərin qəbulu çətinləşir" - Muxtar Babayev

Xəzər dənizində suyun azalması səbəbindən limanlara gəmilərin qəbulu çətinləşir.
Adalet.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı "LCOY Azərbaycan 2025"in bağlanış mərasimində deyib.
Onun sözlərinə görə, hövzədə suyun azalma prosesi davam edir:
"Proqnozlara görə, bu proses hələ davam edəcək. Bu səbəbdən limanlar da dayazlaşır və gəmilərin qəbul olunması, yüklərin boşaldılması və s. məsələlərdə problemlər yaşanır. Bununla yanaşı, su səviyyəsinin azalması biomüxtəlifliyə, müxtəlif canlıların məhv olmasına, adaların yaranmasına da səbəb olur. Eyni zamanda, hazırda dənizdə aparılan neft-qaz əməliyyatları da risk altındadır".
M.Babayev həmçinin bildirib ki, son 20 ildə dünyada buzlaqların təxminə 7 faizi məhv olub:
"Bu proses də davam etməkdədir. Xüsusilə də Böyük Qafqazda ciddi ərimə prosesi gedir. Bunlar birbaşa Xəzər dənizinə də təsir edən proseslərdir".
Digər Xəbərlər

Türk Dünyası Sığorta Birliyinin ilk Assambleyası bu il Şuşada keçiriləcək

Laçın aeroportunda dövlət sərhədindən buraxılış məntəqəsi yaradılacaq

İlham Əliyev Çin tarixindəki ən böyük hərbi paradda iştirak edəcək

Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı açıqlandı

BQXK sabah Azərbaycandakı Nümayəndəliyini bağlayır - RƏSMİ

Çıxışı qadağan edilmiş 590 nəfərin Azərbaycanı tərk etməsinin qarşısı alınıb

İlham Əliyevin Çində hotel əməkdaşları ilə səmimi görüntüləri - VİDEO
