Lisey və gimnaziyalara ərizə qəbulu başa çatdı
Bu gün saat 17:00-da 2023-2024-cü tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara ərizə qəbulu başa çatıb. Proses https://sy.edu.az portalı üzərindən həyata keçirilib.
Elm və Təhsil Nazirliyindən Adalet.az-a verilən xəbərə görə, valideynlər (və ya qanuni nümayəndə) portal üzərindən şəxsi kabinetində “Sorğu yerləşdir” bölməsinə daxil olaraq “Mərkəzi imtahanla qəbul” düyməsini sıxmaqla imtahanın keçiriləcəyi mərkəzi seçiblər. Şagirdlər əvvəlcə mərkəzləşdirilmiş qəbul imtahanında iştirak etməli, sonra isə topladıqları bala uyğun olaraq təhsil almaq istədikləri lisey və ya gimnaziyanın seçimini aparmalıdırlar.
Lisey və gimnaziyalara siniflər üzrə şagird qəbulu aşağıdakı tarixlərdə aparılacaq:
∙ 16 iyun 2023-cü il tarixində VII və VIII siniflərə qəbul (hazırda VI və VII sinifdə təhsil alanlar üçün);
∙ 17 iyun 2023-cü il tarixində VI siniflərə qəbul (hazırda V sinifdə təhsil alanlar üçün);
∙ 18 iyun 2023-cü il tarixində V siniflərə qəbul (hazırda IV sinifdə təhsil alanlar üçün).
Digər Xəbərlər
07 Aprel 2026 15:57
Övladı 1-ci sinfə gedəcək şəxslərin NƏZƏRİNƏ
07 Aprel 2026 11:48
Azərbaycan Universiteti Qazaxıstanda keçirilən "Study in Azerbaijan" təhsil sərgisində təmsil olunur
06 Aprel 2026 19:30
Almatıda Qazaxıstan və Azərbaycanın II Rektorlar Forumu keçirildi - FOTOLAR
06 Aprel 2026 12:02


Bakı -°C

