18 Sentyabr 2024 10:35
272
DÜNYA

Livanda pecerlərin partlaması səbəbləri məlum olub

Əl-Cazirə telekanalının yaydığı məlumatlara görə, Livanın bir sıra regionlarında, o cümlədən paytaxt Beyrutun cənubunda, onlarla sakin peycerlərin partlaması nəticəsində xəsarət alıblar. Telekanal, Livanın təhlükəsizlik xidmətindəki mənbələrindən əldə  etdiyi məlumatlara istinadən bildirir ki, İsrailin xüsusi xidmət orqanları "Hizbullah"ın istifadə etdiyi peycerlərə müdaxilə edərək, onlarda detonasiya yaradır və onların partlamadına səbəb olurlar.

The Wall Street qəzeti mənbələrinə istinadən bildirir ki, partlayan peycerlər Livana gətirilən və "Hizbullah"a verilən təzə partiya mallardandır.

Qruplaşmanın nümayəndəsi bildirib ki, "Hizbullah" üzvlərinin əksəriyyəti peycerlərdən istifadə edirlər. Mənbə bildirib ki, partlayışa səbəb peycerlərə xüsusi proqramların yüklənməsidir. Bir çoxları partlayışdan əvvəl pecerlərin qızdığını hiss edən kimi, xəsarət slmamaq üçün aparatda detonasiya baş verməmiş onu kənara atırlar.

  Rüstəm Hacıyev