“lnstagram”da tanış olduğu iranlı tərəfindən narkokuryerliyə cəlb edildi - VİDEO

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən əməliyyat zamanı 33 yaşlı Mirzə Mirzəyev saxlanılıb. Ondan ümumilikdə 16 kiloqram 145 qram narkotik vasitə olan marixuana aşkarlanıb.
Adalet.az xəbər verir ki, saxlanılan şəxs narkotikləri “lnstagram” sosial şəbəkəsində tanış olduğu İran vətəndaşından satış məqsədi ilə əldə etdiyini bildirib. M.Mirzəyevin bundan əvvəl də həmin şəxs tərəfindən kuryerliyə cəlb olunaraq paytaxt ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil etdiyi məlum olub.
Faktla bağlı Qaradağ RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
M.Mirzəyev ilə əlbir olan digər şəxslərin də tapılaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.
Qeyd edək ki, son 3 ay ərzində polis əməkdaşlarının Qaradağ rayonunda həyata keçirdikləri əməliyyatlar zamanı 94 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Digər Xəbərlər

Kürün sahilində xüsusi tunel hazırlayaraq çətənə bitkisi yetişdirdi - VİDEO

Bakıda DƏHŞƏTLİ QƏTL: Meyit doğranaraq Ağsuda dağlıq əraziyə atılıb - YENİLƏNİB

Qanunsuz silah-sursat aşkarlandı

Polis 23,1 kq narkotik aşkarladı

Sumqayıtda evdən 45 min manat oğurladılar - Yerinə etibarsız əskinaslar qoydular

Daşkəsəndə qardaşın bacısını baltalamağının səbəbi məlum oldu - YENİLƏNİB

Azərbaycanda bir gündə 45 nəfər saxlanıldı
