11 Avqust 2025 13:30
131
GÜNDƏM

İlham Əliyevdən Rauf Vəliyevlə bağlı SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyevi Rauf Göyüş oğlu Vəliyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Adalet.az xəbər verir ki, dövlət başçısının imzaladığı sənəddə qeyd edilib ki, R.Vəliyev bu ordenlə Azərbaycan Respublikasında dəniz gəmiçiliyinin inkişafı sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə təltif edilir.