11 Avqust 2025 10:13
107
GÜNDƏM

Vilayət Eyvazov Xaçmazda vətəndaşları qəbul edəcək -FOTO

Azərbaycan daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov avqustun 22-də Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında vətəndaş qəbulu keçirəcək.

Adalet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sözügedən tarxidə Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı şəhər və rayon sakinlərinin qəbulu keçiriləcək.