Bakı metrosu "Qarabağ"ın oyununa görə gücləndirilmiş rejimdə işləyəcək

Sabah "Bakı Metropoliteni" QSC gücləndirilmiş rejimdə işləyəcək.
Adalet.az xəbər verir ki, qurum “Qarabağ” Futbol Klubu və Şimali Makedoniya təmsilçisi “Şkendiya” arasında UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində keçiriləcək matçla əlaqədar iş rejimində dəyişiklik edəcək.
"Qarşılaşmaya azarkeş marağı nəzərə alınaraq, Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən “Gənclik”, həmçinin “28 May” və “Nərimanov” stansiyalarında əlavə tədbirlər görüləcək. Sərnişinlərin rahat, təhlükəsiz gediş-gəlişi üçün xüsusi növbətçilik cədvəli tərtib olunacaq, stansiyalarda əlavə işçi qüvvəsi ayrılacaq, sərnişinlərin yönləndirilməsi və nizamlı hərəkəti təmin ediləcək", - məlumatda qeyd olunub.
Qatarların hərəkəti yay qrafikinə uyğun davam etdiriləcək, eyni zamanda xəttə buraxılması üçün ehtiyat qatarlar hazır saxlanılacaq.
Digər Xəbərlər

İlham Əliyevdən Rauf Vəliyevlə bağlı SƏRƏNCAM

Sabah yağış yağacaq, dolu düşəcək

Azad edilmiş ərazilərdə daha 143 mina aşkarlandı

ADY: Bu qatarların qrafikində dəyişikliklər edilib

Sabah Bakı, Abşeron və Sumqayıt üzrə pensiyalar ödəniləcək

Vilayət Eyvazov Xaçmazda vətəndaşları qəbul edəcək - FOTO

Şimşək çaxacaq, leysan yağacaq - SABAHIN HAVASI
