Azad edilmiş ərazilərdə daha 143 mina aşkarlandı

Azad olunan ərazilərdə avqustun 4-dən 10-na qədər 48 tank əleyhinə mina, 95 piyada əleyhinə mina, 977 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Məlumata əsasən, 1504 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.
Digər Xəbərlər

İlham Əliyevdən Rauf Vəliyevlə bağlı SƏRƏNCAM

Sabah yağış yağacaq, dolu düşəcək

ADY: Bu qatarların qrafikində dəyişikliklər edilib

Bakı metrosu "Qarabağ"ın oyununa görə gücləndirilmiş rejimdə işləyəcək

Sabah Bakı, Abşeron və Sumqayıt üzrə pensiyalar ödəniləcək

Vilayət Eyvazov Xaçmazda vətəndaşları qəbul edəcək - FOTO

Şimşək çaxacaq, leysan yağacaq - SABAHIN HAVASI
