Los-Ancelesdə “Artsaxın Qorunması Cəbhəsi” adlı QHT yaradıldı - ABŞ-ın hədəfləri
ABŞ-ın Los-Anceles şəhərində Azərbaycana qarşı növbəti qərəz baş verib.
Beləki,Adalet.az xəbər verir ki, Qarabağı könüllü tərk etmiş və sonra ABŞ-a deportasiya edilmiş erməniləri birləşdirmək məqsədilə Los-Ancelesdə “Artsaxın Qorunması Cəbhəsi” QHT yaradılıb.
Bu yaxınlarda Los-Ancelesdə erməni icmasının və Qarabağı könüllü tərk etmiş ermənilərin icmasının nümayəndələrini bir araya gətirən təşkilatın təsis yığıncağı keçirilib.
Təşkilatın təsisçiləri ABŞ-da Qarabağı könüllü tərk etmiş erməniləri təmsil edən, onların maraqlarını qoruyacaq yerli və federal səviyyədə səsini təmsil edəcək güclü ictimai strukturun formalaşmasını vacib hesab edirlər.
“Artsaxın Mühafizəsi Cəbhəsi” həmçinin Qarabağ məsələsini gündəmə gətirmək və ABŞ-ın federal siyasi səviyyəsində müzakirələrin gündəliyinə daxil etmək üçün hüquqi dəstək göstərmək üçün tədbirlər görməyi planlaşdırır.
Yardım proqramlarına həmçinin yeni köçürülmüş uşaqların erməni tərbiyəsini və Qarabağ kimliyini qoruya bilməsi üçün təhsilinə dəstək də daxildir:”Artsaxın Mühafizəsi Cəbhəsi”nin yaradıcılarının vizyonu bu modeli təkcə Qarabağı könüllü tərk etmiş ermənilər üçün deyil, həm də ABŞ-dakı bütün ermənilərin kimliyini qoruyub saxlamaq üçün bir simvoldur Əsrlər boyu dözümlülük- güc nümayiş etdirir. Təşkilatçılar göstərmək istəyirlər ki, Qarabağı könüllü tərk etmiş ermənilər təkcə onun hüquqları uğrunda deyil, bütün erməni xalqı uğrunda mübarizəni dayandırmayıb.
Qeyd edək ki, yanvarın 14-də Vaşinqtonda, ABŞ Dövlət Departamentinin binasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken iki ölkə arasında strateji tərəfdaşlıq sazişi imzaladılar. Yəqin ki, ABŞ hakimiyyəti ilə əlbir olan, Los Anceles şəhərində yeni yaradılan “Artsaxın Qorunması Cəbhəsi” təşkilatının üzvləri - ermənilər Azərbaycana qarşı aparılacaq qaralama kampaniyasına başlamaqda israrlıdırlar.
Çünki artıq 4 ildir ki, ABŞ konqresmenləri, rəsmi şəxsləri Azərbaycanı sanksiya və yardımları azaltmaqla hədələyir, Qarabağı könüllü tərk edən ermənilərin geri qaytarılmasını rəsmi Bakıdan tələb edir.
Əntiqə Rəşid
Digər Xəbərlər
22 Noyabr 2026 01:00
Türkiyə kəşfiyyatının rəhbəri HƏMAS lideri ilə görüşdü
22 Noyabr 2026 00:53
Hakan Fidan: Türkiyə ordusunun Yəmənə yeridilməsi müzakirə edilmir
22 Noyabr 2026 00:40
Trampdan xəbərdarlıq: ABŞ müflisləşə bilər
22 Noyabr 2026 00:00
Fransada etiraz aksiyaları - 80 mindən çox insan...
21 Noyabr 2026 23:00
"İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil" - Əraqçi
21 Noyabr 2026 21:30
"ABŞ və İran arasındakı razılaşma daimi olmalıdır" - Tramp
21 Noyabr 2026 18:45
"Rusiya Ukraynanın körpülərinə yüzdən çox hücum edib" - Zelenski
21 Noyabr 2026 13:08


Bakı -°C

