adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
21 Oktyabr 2021 11:04
559
MƏMLƏKƏT

Maaş, təqaüd və sosial müavinətlərə sərf edilən vəsaitARTIRILIB

İlin doqquz ayında sosialyönümlü xərclər (iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) dövlət büdcəsinin faktiki xərclərinin 43,2 faizini təşkil etməklə 7 milyard 655,2 milyon manat məbləğində icra olunub.

Maliyyə Nazirliyindən Adalet.az-a verilən məlumata əsasən, ötən ilin eyni dövrü üzrə həmin xərc əmaliyyatlarını 483,5 milyon manat və ya 6,7 faiz üstələyib.

Bildirilib ki, 2021-ci ilin doqquz ayı ərzində büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.