Macarıstan hərbçiləri Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində olublar - VİDEO
Azərbaycan və Macarıstan Müdafiə nazirlikləri arasında imzalanan 2024-cü il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Macarıstan Respublikasının Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfər edib.
Adalet.az MN-ə istinadən xəbər verir ki, səfər çərçivəsində qonaqlar əvvəlcə Xüsusi Təyinatlı Qüvvələrin “N” hərbi hissəsində olublar.
Hərbi hissənin qərargahında qonaqlara xüsusi təyinatlıların döyüş təcrübəsini əks etdirən brifinq təqdim olunub.
Sonra macarıstanlı qonaqlar hərbi hissədə görülən işlərlə tanış olub.
Macarıstan nümayəndə heyətinə xüsusi əməliyyat qrupunun taktiki fəaliyyəti, həmçinin bölmələrin istifadəsində olan silah-sursat, təchizat və döyüş texnikası nümayiş olunub.
Keçirilən görüşün məqsədi mümkün əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsinin aparılması, eləcə də qarşılıqlı əlaqələrin inkişafı istiqamətində təkliflərin müzakirə edilməsidir.
Digər Xəbərlər
16 Sentyabr 2026 11:03
Azərbaycanda bu bələdiyyələrin adlarının dəyişdirilməsi təklif olunur
16 Sentyabr 2026 10:17
Beynəlxalq elmi-praktiki konfransın iştirakçıları Ağdama gəliblər
16 Sentyabr 2026 10:16
FHN cəzaçəkmə müəssisəsində təlim keçirdi - VİDEO
15 Sentyabr 2026 18:38
Polis Akademiyasında andiçmə mərasimi keçirildi - VİDEO + FOTOLAR
15 Sentyabr 2026 17:55
Rövşən Rzayev vətəndaşların müraciətlərini dinlədi
15 Sentyabr 2026 17:32
Allahşükür Paşazadə Prezidentə təşəkkür etdi
15 Sentyabr 2026 16:55
“Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin” - İlham Əliyev
15 Sentyabr 2026 16:16


Bakı -°C

