FHN cəzaçəkmə müəssisəsində təlim keçirdi - VİDEO
Fövqəladə Hallar Nazirliyi (FHN) Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsində birgə təlim keçirib.
Adalet.az xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.
Bildirilib ki, təlimə nazirliyin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin və Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin müvafiq canlı qüvvə və texnikası cəlb edilib.
Təlimin keçirilməsində məqsəd Penitensiar xidmətin əməkdaşlarına fövqəladə hallar, o cümlədən yanğınlarla bağlı davranış qaydalarının aşılanması, bu kimi müəssisələrdə yanğın zamanı yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının artırılması olub.
Tədbirin nəzəri hissəsində FHN-in əməkdaşları fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları və təxliyə tədbirləri barədə ətraflı məlumat veriblər. Həmçinin, təlim iştirakçılarına ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, suallar cavablandırılıb.
Təlimin praktiki hissəsində müəssisə ərazisində şərti yanğınla əlaqədar “Həyəcan” siqnalı verildikdən sonra müəssisə əməkdaşları tərəfindən “yanğına ilkin müdaxilə edilib”, yanğından mühafizə bölmələri isə operativ qaydada hadisə yerinə çataraq, müəssisədə saxlanılan şəxslərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatlarını yerinə yetiriblər.
Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib və müəssisənin yanğın təhlükəsizliyinə məsul əməkdaşlarına maarifləndirici materiallar təqdim olunub.
Digər Xəbərlər
16 Sentyabr 2026 10:17
Beynəlxalq elmi-praktiki konfransın iştirakçıları Ağdama gəliblər
15 Sentyabr 2026 18:38
Polis Akademiyasında andiçmə mərasimi keçirildi - VİDEO + FOTOLAR
15 Sentyabr 2026 17:55
Rövşən Rzayev vətəndaşların müraciətlərini dinlədi
15 Sentyabr 2026 17:32
Allahşükür Paşazadə Prezidentə təşəkkür etdi
15 Sentyabr 2026 16:55
“Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin” - İlham Əliyev
15 Sentyabr 2026 16:16
Prezident bu icra başçısını vəzifəsindən azad etdi
15 Sentyabr 2026 15:49
Kobud qayda pozuntularına qarşı mübarizə...
15 Sentyabr 2026 15:31


Bakı -°C

