Messi Argentina millisində vida matçına çağırıldı
Səkkizqat "Qızıl top" mükafatı sahibi Lionel Messi vida matçı üçün Argentina milli komandasına çağırılıb.
Adalet.az xəbər verir ki, bu barədə Argentina Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Messi avqustun 31-də Argentina millisindən ayrıldığını açıqlayıb. Argentina yığmasının sentyabrın 30-da Boliviya, oktyabrın 3-də Burkina Faso və oktyabrın 6-da Benin ilə yoldaşlıq oyunları keçirəcəyi bildirilir. Messinin sonuncu qarşılaşmadan əvvəl komandaya qoşulacağı gözlənilir.
Argentina Futbol Assosiasiyasının prezidenti Klaudio Tapia bildirib ki, Messi oktyabrın 6-da Argentinada keçiriləcək oyuna dəvət olunub və futbolçuya layiq vida mərasimi təşkil ediləcək.
39 yaşlı Messi 2023-cü ildən Şimali Amerikanın MLS liqasında çıxış edən "İnter Mayami" klubunun formasını geyinir. Karyerası ərzində "Barselona" və PSJ-də oynayan argentinalı futbolçu "Barselona" ilə dörd dəfə UEFA Çempionlar Liqasının qalibi olub.
Messi Argentina millisinin heyətində 207 oyun keçirib və 125 qol vurub. O, yığmanın həm oyun, həm də qol sayına görə rekordçusudur. Messi 2022-ci ildə dünya çempionu, 2008-ci ildə Olimpiya çempionu olub, 2021 və 2024-cü illərdə isə Amerika Kubokunu qazanıb.
Digər Xəbərlər
06 Oktyabr 2026 23:24
Ronaldo qərarını DƏYİŞDİ
06 Oktyabr 2026 19:00
Azərbaycan Dünya çempionatında daha bir medal qazandı
06 Oktyabr 2026 17:13
“Bavariya” Keynlə razılaşdı
06 Oktyabr 2026 15:47
Olisedən tarixi göstərici
06 Oktyabr 2026 14:14
Hidayət məğlub oldu - YENİLƏNİB
06 Oktyabr 2026 09:29
Hidayət Heydərov və daha iki cüdoçumuz mübarizəyə başlayır
06 Oktyabr 2026 09:25
Millətlər Liqası: İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qarşı
06 Oktyabr 2026 08:53


Bakı -°C

