Nazirlər Kabineti müəllimlər üçün geyim qaydalarını və tələbləri müəyyən etdi
Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyim tələblərini təsdiq edib.
Adalet.az xəbər verir ki, “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə müvafiq Prezident Fərmanının icrası məqsədilə qəbul olunmuş sənəd dövlət ümumi təhsil müəssisələrində işgüzar geyim mədəniyyətinin formalaşdırılmasına və vahid yanaşmanın təmin edilməsinə yönəlib.
Sənədə görə, müəllimin geyimi onun dinamik işinə maneə yaratmamalı, şagirdlərin diqqətini yayındırmamalı, eyni zamanda şagirdlərdə geyimə, üsluba, geyimin müxtəlif situasiyalara uyğun seçilməsinə düzgün münasibət formalaşdırmalıdır.
Təhsilverənlərin geyimi və geyim elementləri ümumi təhsilin dünyəvilik prinsipinə uyğun şəkildə, mövsümə uyğun təmiz, səliqəli, sadə və işgüzar üslubda olmalıdır. Pedaqoji fəaliyyətin xarakterinə və təhsilalanların yaş xüsusiyyətlərinə uyğun olmayan, həmçinin bu tələblərlə müəyyən edilmiş geyim üslubundan kənara çıxan geyimlərdən və geyim elementlərindən istifadəyə yol verilmir.
Təhsilverənlər əmək funksiyalarını yerinə yetirdikləri müddətdə məktəbdə, həmçinin məktəbi təmsil etdikləri rəsmi və təntənəli tədbirlərdə bu tələblərə riayət etməlidirlər. Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı tədbirlərdə Pedaqoji Şuranın qərarı ilə milli geyimlərdən və ya onların elementlərindən istifadəyə yol verilir.
Qərarla bağlı xüsusi vurğulanmalıdır ki, burda söhbət vahid formadan yox, geyim ilə bağlı qaydalardan - dress-koddan gedir. Ekspertlərin fikrincə, məktəb müəllimlərinin işgüzar tələblərə uyğun, dress-kod nəzərə alınmaqla geyinməsinin həm təşkilati, həm pedaqoji, həm də idarəetmə baxımından müsbət təsiri var. Çünki işgüzar üslub müəllimin müəyyən peşə standartlarının daşıyıcısı olduğunu vurğulamaqla yanaşı, həm də tədris zamanı lazım olan iş mühitini qorumağa kömək edir.
Təhsil ekspertləri müxtəlif müzakirələrdə onu da qeyd edirlər ki, şagirdlər məktəbli forması geyinirsə, müəllimlər üçün də dress-kod tələbləri yanaşması məktəbin ümumi korporativ mədəniyyətinin bir hissəsi kimi qəbul edilməlidir. Bu, həm də məktəbin ictimai nüfuzuna müsbət təsir göstərəcək.
Digər Xəbərlər
06 Oktyabr 2026 17:30
DİM sədri ali məktəblərdə boş qalmasının səbəbini açıqlandı
06 Oktyabr 2026 16:09
Onlar dövlət hesabına TƏHSİL ALACAQ
06 Oktyabr 2026 12:45
“Rəqəmsal məktəb” platforması daha 194 məktəbdə tətbiq olunacaq
05 Oktyabr 2026 17:09
ETİHİ Respublika Komitəsi müəllimlərin peşə bayramı münasibətilə rayon və şəhərlərdə tədbirlər keçirib
05 Oktyabr 2026 16:22
Azərbaycanda bu tələbələr pulsuz təhsil alacaqlar
05 Oktyabr 2026 11:49
"Süni intellektdən istifadə edən və etməyən müəllimin arasında fərq yarana bilər" - Nazir
05 Oktyabr 2026 11:43
Bu uşaqların nəticələri daha yüksəkdir - Nazir açıqladı
05 Oktyabr 2026 09:52


Bakı -°C

