16 Aprel 2025 14:49
667
GÜNDƏM

Macarlardan ermənilərə 3-cü şillə: Macar turançılığı

Ermənilər Macarıstanın  növbəti dəfə tərs şilləsinə tuş gəliblər. 

Xatırladaq ki, macarların ermənilərə ilk şolləsi 2012-ci ildə çox möhkəm dəydi.  Beləki,  Ermənistan-Macarıstan diplomatik əlaqələri məhz bu şillədən sonra donduruldu. 2004-cü ildə tərbiyəsiz erməni leytenant Qurgen Marqaryanın qətlinə görə, Macarıstanda məhkum olunmuş Ramil Səfərovun həmin ölkənin hökuməti tərəfindən Azərbaycana ekstradisiyası ilə əlaqədar münasibətlər  tamamilə pozuldu, səfirliklər bağlandı. Ötən il isə yenidən ölkələr səfirliklərin bərpası ilə  bağlı açıqlama yaysa da, hələ də Macarıstan da Ermənistan, Ermənistanda isə Macarıstan səfirliyi fəaliyyət göstərmir.

Ermənistan İkinci zərbəni Macarıstandan 2016-cı ildə aldı.  Avropa ölkələri arasında ermənilərin, xüsusən erməni lobbisinin arzularını gerçəkləşdirməyən bəlkə də yeganə ölkə Macarıstandır ki,  qondarma “erməni soyqırımı” ilə bağlı layihəni rədd etdi. Həmin vaxt parlamentin Xarici əlaqələr komitəsində hakimiyyətdə olan “Fidesz” Partiyası və ölkənin ikinci böyük partiyası olan “Jobbik”in deputatları parlamentdə 5 deputatla təmsil olunan Macar Yaşıllar Partiyası tərəfindən təqdim edilən layihənin əleyhinə səs verdilər. 
“Jobbik” Partiyasının nümayəndəsi Marton Gyöngyösi bildirib ki, məsələni tarixçilər araşdırmalıdır: “Yüz il əvvəl baş verən, tarixçilərin fərqli baxışlara malik olduğu bir olayla bağlı deputatların fikir bildirməsinin istənilməsi məni çox narahat edir. Bu məsələ tarixçilər və hüquqşünasların öhdəsinə buraxılmalıdır. Roma Papası Fransiskin, başqa siyasətçilərin və başqa parlamentlərin nə söyləməsinin Macarıstan parlamentinə dəxli yoxdur. Səs qazanmaq üçün belə addımlar atılmamlıdır”.

 Hələ onu da deyək ki, Macarıstan 2020-ci ildə 44 günlük  Qarabağ münaqişəsində Azərbaycanı açıq dəstəkləyib. Bu da şillədən betər olub.

Macarlar 3-cü şilləsini də "tutuzdurublar". 

Adalet.az xəbər verir ki,  Macarıstan Avropa İttifaqının (Aİ) Ermənistana 10 milyon avro (11 milyon dollar) dəyərində əlavə “qeyri-öldürücü” hərbi yardım ayırmasına blok qoyub. Bu yardım Avropa Sülh Təşəbbüsü (EPF) çərçivəsində ayrılmalıydı.
 Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas ilin əvvəlində bu yardımın ayrılmasını təklif edib. Təsdiqlənməsi üçün ona Aİ-nin 27 üzv ölkəsinin yekdil dəstəyi lazımdır.
Macarıstandan savayı, qalan üzvlər Kallasın təklifini dəstəkləyib. Bunu Brüsseldəki diplomatik mənbə deyib. O əlavə edib ki, Aİ-nin xarici işlər nazirlərinin aprelin 14-də Lüksemburqdakı görüşündə Budapeşt qərara veto qoyub:"Aprelin 15-də AzadlıqRadiosunun erməni xidməti bildirib ki, bugünkü danışıqlardan sonra irəliləyiş əldə olunmayıb.

Ermənistan Aİ-dən ötən ilin iyulunda 10 milyon avroluq ilk hərbi yardımı alıb. Həmin vəsait növbəti iki il yarım ərzində bir batalyonluq hərbi hissə üçün səhra hospitalının və yardımçı obyektlərin quraşdırılmasına xərclənməlidir. Macarıstan həmin vəsaitin ayrılmasını da aylarla bloklayıb, oxşar yardımın Azərbaycana da verilməsini tələb edib. Bakı ilə sıx əlaqələri olan Budapeştin vetonu Aİ-nin Azərbaycanda minaların təmizlənməsini başqa mənbədən maliyyələşdirmək vədi qarşılığında qaldırdığı deyilir.

 Əntiqə Rəşid