Maduronun məhkəməsinin keçiriləcəyi tarix açıqlandı
Narkoterrorizm, silah və narkotik qaçaqmalçılığı ittihamları ilə mühakimə olunan Venesuelanın sabiq prezidenti Nikolas Maduronun işi üzrə məhkəmə prosesi iyulun 22-də ABŞ-ın Nyu-York şəhərində keçiriləcək.
Adalet.az xəbər verir ki, məhkəmə iclasının əvvəlcə iyunun 30-na təyin edilməsi planlaşdırılsa da, ABŞ prokurorluğunun müraciəti əsasında proses təxirə salınıb. Prokurorluq bu qərarı logistika və təşkilati məsələlər, eləcə də əlavə təhlükəsizlik tədbirlərinin görülməsi zərurəti ilə izah edib.
Nyu-Yorkun Cənub Dairə Məhkəməsinin hakimi Elvin Hellerştayn vəsatəti təmin edərək məhkəmənin iyulun 22-nə keçirilməsi barədə qərar qəbul edib.
Xatırladaq ki, Nikolas Maduro və həyat yoldaşı Siliya Flores bu ilin yanvarında keçirilən əməliyyat zamanı saxlanılaraq Nyu-Yorka aparılıblar. Onlar ABŞ-yə qarşı təhdid yaratmaq, narkoterrorizm, silah və narkotik qaçaqmalçılığı ilə bağlı ittihamlarla üzləşirlər.
Digər Xəbərlər
23 Iyul 2026 10:35
Türkiyə yay tətili üçün ən əlçatan istiqamətlərdən biridir - FOTOLAR
23 Iyul 2026 10:21
Pezeşkian: Heç bir amil İranla İraq arasında əlaqələri poza bilməz
23 Iyul 2026 10:18
Lavrovla Rubio görüşdü - YENİLƏNİB
23 Iyul 2026 10:12
Ukrayna 223 PUA ilə Rusiyaya hücuma keçib
23 Iyul 2026 09:39
Londondan təcili xəbərdarlıq: İranı Ermənistan vasitəsilə tərk edin
23 Iyul 2026 09:13
Bu ölkədə temperatur 47 dərəcəyə çatacaq
22 Iyul 2026 21:00
"Türkiyə ilə müharibə sabah başlaya bilər" - İsrail
22 Iyul 2026 19:04


Bakı -°C

