Londondan təcili xəbərdarlıq: İranı Ermənistan vasitəsilə tərk edin
Böyük Britaniya Xarici İşlər Nazirliyi İranda olan ölkə vətəndaşlarına təhlükəsizliklə bağlı yeni xəbərdarlıq edib.
Qurumun yaydığı bəyanatda bildirilir ki, hazırda İranda olan Britaniya vətəndaşları - istər turist, istərsə də daimi sakinlər - ölkədə qalmağın risklərini diqqətlə qiymətləndirməlidirlər.
Nazirlik vətəndaşlara vəziyyətlə bağlı ən son məlumatları yerli və beynəlxalq media vasitəsilə izləməyi, təhlükəsizlik və hərbi obyektlərin yerləşdiyi ərazilərdən uzaq durmağı, həmçinin səfər planlarını mütəmadi olaraq yenidən nəzərdən keçirməyi tövsiyə edib.
Bəyanatda həmçinin vurğulanıb ki, İranı Ermənistan üzərindən tərk etmək istəyən Böyük Britaniya vətəndaşları 180 günədək Ermənistanda vizasız qala bilərlər.


Bakı -°C

