16 Iyul 2024 14:35
70
İDMAN

Mahir Emreli Almaniya klubuna keçdi

Azərbaycan millisinin futbolçusu Mahir Emreli karyerasını Almaniyada davam etdirəcək.

Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, 27 yaşlı hücumçu "Nürnberq" klubu ilə anlaşıb.

İkinci Bundesliqa təmsilçisinin tezliklə azərbaycanlı forvardın transferini açıqlayacağı bildirilib.

İddiaya görə, komandanın baş məşqçisi Miroslav Kloze futbolçu ilə şəxsən maraqlanıb və onun transfer olunmasını özü istəyib.

Qeyd edək ki, Mahir Emreli son olaraq Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda çıxış edib.