“Turan Tovuz” 7 qol vurduğu oyunda məhsuldarlıq rekordunu təkrarlayıb
“Turan Tovuz” Azərbaycan Kubokunun II təsnifat mərhələsinin “Hypers Guba” ilə matçında yüksək məhsuldarlıq nümayiş etdirib.
Adalet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 7:2 hesabı ilə qalib gələn Qərb təmsilçisi öz tarixinin rekordunu növbəti dəfə təkrarlayıb.
“Turan Tovuz” 4-cü dəfə bir oyunda 7 qol vurub. Tovuz təmsilçisi 2016/2017-ci illər mövsümündə I Divizionda (indiki I Liqa) oynadığı vaxt üç fərqli qarşılaşmada belə məhsuldar olub. “Energetik”i 7:0 və 7:1, “Bakılı”nı 7:0 hesabı ilə məğlub edən komanda həmin rekordu yenidən təkrarlayıb.
Amma 7:2 hesablı qələbə klub tarixinə kubokdakı rekordlarla düşüb. “Turan Tovuz” bu turnirdə ən böyük qələbəsini qazanıb, ən yüksək məhsuldarlığını göstərib və ən qollu matçını keçirib. Bunadək hər üç rekord ötən mövsümün “Göygöl”lə matçına məxsus idi. Həmin vaxt tovuzlular 5:1 hesablı qələbəyə seviniblər.
Digər Xəbərlər
02 Yanvar 2026 22:16
Arda Güler üçün 80 milyon avroluq təklif
02 Yanvar 2026 09:00
"Liverpul" öz meydanında qalib gələ bilmədi
01 Yanvar 2026 20:00
Mahirin vurduğu qol ən yaxşılar sırasında - VİDEO
31 Dekabr 2025 09:21
Ronaldodan son 16 ildə bir ilk
31 Dekabr 2025 09:10
Məşhur futbolçu karyerasını yekunlaşdırdı
30 Dekabr 2025 11:44
Millimizin sabiq futbolçusu komandasının uduzacağına mərc edibmiş
29 Dekabr 2025 12:47
Azərbaycan çempionatında 16 böyükhesablı nəticə qeydə alınıb
29 Dekabr 2025 11:12


Bakı -°C

