Mahir Emreli zədələndi

Azərbaycan millisinin və Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun futbolçusu Mahir Emreli zədələnib.
26 yaşlı hücumçunun belində ağrılar var. Bu səbəbdən baş məşqçi Ante Çaçiç bugünkü məşqdə forvarda icazə verib.
Emreli zədəsini sağaltsa, ölkə çempionatının növbəti turunda “Lokomotiva”ya qarşı oynaya biləcək.
Qeyd edək ki, Mahi Emreli ötən ilin fevralından Zaqreb “Dinamo”sunun formasını geyinir.
Digər Xəbərlər

Azərbaycan boksçuları Avropa çempionatında iştirak edəcək

UEFA Qazaxıstan Futbol Federasiyasını cəzalandırdı

Misli Premyer Liqasında XI tur "Zəfər turu" adlanacaq
