Makqreqor altı ay müddətinə döyüşlərdən kənarlaşdırıldı
İrlandiyalı qarışıq döyüş ustası Konon Makqreqor altı ay müddətinə rinqdən kənarlaşdırılıb.
Bu barədə “MMAJunkie” resursu məlumat yayıb.
Məlumatda bildirilir ki, irlandiyalı sırf tibbi səbəblərdən döyüşlərə buraxılmayacaq. Belə ki, sonuncu döyüşündə o, ciddi zədələr alıb.
Xatırladaq ki, Makqreqor son döyüşünü yanvarın 24-də amerikalı Dastin Puaryeyə qarşı keçirib.
Əbu-Dabidə UFC 257 turniri çərçivəsində keçirilən qarşılaşmada Puarye rəqibini nokauta göndərib.
Qeyd edək ki, Makqreqorun hesabında 27 döyüşdə 22 qələbə var.
Digər Xəbərlər
06 May 2024 09:31
Azərbaycan çempionatı: "Səbail" "Qəbələ"yə qarşı
05 May 2024 09:57“Barselona” 32 yaşlı yarımmüdafiəçiyə yeni müqavilə təklif etdi
05 May 2024 09:33Luka Modriç “Real Madrid”in tarixinə düşdü
05 May 2024 00:19Real Madrid” 36-cı dəfə İspaniya çempionu oldu - YENİLƏNİB
04 May 2024 13:37