adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
06 May 2024 10:03
1187
ƏDƏBİYYAT

“Ölməyən şəhid ömrü” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

3 may 2024-cü il tarixində Azərbaycan Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialının təşkilatçılığı və şəhid ailələri, eləcə də rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Abduləziz Xanəhmədoğlunun  44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhid Ziyadxan İbrahim oğlu Əliyevin xatirəsinə həsr etdiyi "Ölməyən şəhid ömrü" adlı kitabının təqdimat mərasimi keçirildi.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlandı.

Tədbirdə öncə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Təqdimat mərasimini giriş sözü ilə açan Aran filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində əldə olunan möhtəşəm Qələbənin müstəqillik tariximizin ən böyük zəfəri olduğunu, sentyabrın 27-dən başlayaraq cəbhə xəttində işğalçı Ermənistan ordusunun təxribatlarına cavab verən şanlı Azərbaycan Ordusunun qısa zamanda Qarabağ uğrunda başladığımız haqq savaşını Qələbə ilə başa vurmasını, 44 gün davam edən ikinci Vətən müharibəsində qəhrəman oğullarımızın düşmənə sarsıdıcı zərbələr endirərək, onları 27 il işğal altında saxladıqları torpaqlarımızdan qovmasını vurğuladı. O, eyni zamanda, Vətən müharibəsi dövründə və ondan sonraki quruculuq dövründə qələmi ilə müsəlləh əsgərə dönən ziyalılarımızın, şair və yazarlarımızın rolunu dəyərləndirərək Abduləziz Xanəhmədoğlunun bu il çapdan çıxmış “Ölməyən şəhid ömrü” kitabından bəhs etdi və  şəhidlərimizin adlarının əbədiləşdirilməsi, həyat tarixçəsinin qan yaddaşına köçürülməsi məramı ilə istedadlı şairin oxuculara təqdim olunan kitabının gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsində çox faydalı olacağını vurğuladı.

Təqdimat mərasimində çıxış edən şəhid Ziyadxan Əliyevin anası Müşgünaz Əliyeva oğlunun qısa, lakin şərəfli ömür yolunu əks etdirən poemanı yüksək qiymətləndirərək şəhidlər haqqında yazılan hər bir kitabın onların adlarının əbədiləşdirilməsi, xatirələrdə yaşaması üçün böyük əhəmiyyət kəsb etməsini vurğuladı və kitabın müəllifi Abduləziz Xanəhmədoğluna, redaktoru və ön sözün müəllifi Yaqut Bahadurqızına minnətdarlığını bildirdi.

Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyəti Başçısının müavini Fəridə Abıyeva, Kürdəmir rayon İcra Hakimiyyəti aparatının məsul işçisi Mirmahmud Mahmudov, şəhid anası Simuzər Bağıyeva, Cəmafət Əzizova, Vətən müharibəsi veteranı Vidadi Hüseynov, Cəbrayıl rayon Qazilər Birliyinin sədri İxtiyar Hüseynov, qazi Kənan Zülfüqarov, AYB-nin üzvləri Əlisəfa Azayev, Yadigar Təvəkgül çıxışlarında qeyd etdilər ki, 

Tədbirdə şəhid Ziyadxan Əliyevə həsr olunan foto slayd nümayiş edildi. Qarabağ Regional Təhsil İdarəsi Ağdam rayon 153 saylı tam orta məktəbin şagirdləri “Ölməyən şəhid ömrü” kitabından hazırladıqları kompazisiyanı tədbir iştirakçılarına təqdim etdilər.

Təqdimat mərasiminin sonunda kitabın müəllifi Abduləziz Xanəhmədoğlu onun əməyinə göstərilən diqqət üçün tədbirin təşkilatçısı olan Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyinin Xaqani Şirvani adına Aran regional filialına və iştirakçılara öz minnətdarlığını bildirdi. Sonda “Ölməyən şəhid ömrü” kitabı şəhid ailələrinə hədiyyə edildi.