Makron İlham Əliyevə ZƏNG ETDİ
Fransa Prezidenti Emmanuel Makron martın 8-də Prezidenti İlham Əliyevə zəng edib.
Adalet.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, Fransa Prezidenti İranın Azərbaycana hava hücumu ilə əlaqədar ölkəsinin Azərbaycanla həmrəyliyini və dəstəyini ifadə edib.
Emmanuel Makron, həmçinin İrandakı Fransa vətəndaşlarının Azərbaycan vasitəsilə təxliyəsinə yaradılmış şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Prezident İlham Əliyev telefon zənginə və nümayiş olunan həmrəyliyə görə təşəkkür edib.
Telefon söhbəti əsnasında Cənubi Qafqaz regionunda sülhün möhkəmləndirilməsi və Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin yenidən canlandırılması ilə bağlı fikir mübadiləsi aparılıb, əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olunub
Digər Xəbərlər
08 Mart 2026 23:58
Prezident Naxçıvana dron hücumunun araşdırılmasını istədi
08 Mart 2026 23:56
Pezeşkian Əliyevə zəng etdi: Naxçıvana hücum...
08 Mart 2026 13:36
Pakistan Senatının sədri Sahibə Qafarovaya zəng etdi
08 Mart 2026 13:03


Bakı -°C

