adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
06 May 2024 17:29
382
DÜNYA

Makronun dili başına bəla olacaq

Fransa prezidenti Emanuel Makronun yenə də, "Avropa qoşunlarının Ukrayna cəbhəsinə göndərilməsinin istisna etmədiyi"  barədə verdiyi qalmaqallı bəyənatı ilə  bağlı, Fransanın Moskvadakı səfiri Rusiya xayici oşlər nazirliyinə çağrıllb.

 Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bu cür bəyənatların çox təhlükəli  olduğunu bildirib. ABŞ-ın müdafiə naziri müavininin keçmiş köməkçisi Stiven Brayen isə, bəyan edib ki, Fransanın xarici legionunun əsgərləri çoxdan Ukrayna cəbhəsində akyiv şəkildə döyüşlərə qoşulublar.

  Rusiya rəsmi dairələrinin ən yüksək səviyyədə, "Fransa hərbiçilərinin Ukrayna cəbhəsinə göndəriləcəyi təqdirdə Frsnsanın ərazilərinə zərbə endiriləcəyi" barədə verdiyi bəyənatlar da, Maktonu sakitləşdirmir. Adam dilinə yiyəlik edə bilmir. Axırda dili başına bəla olacaq, "Avropa lideri" olmaq uddiasında olan Emanuelin.

 Çin Xalq Respublikasının sədri Si Tzenin də, bu boşboğaz, nə danışdığının fərqində olmayan bir adamla münaqişənin sülh yolu ilə həll olunmasında əməkdaşlıq etmək istəyir... 

  Rüstəm Hacıyev