Qantz Netanyahuya 6 şərt qoydu və 20 gün vaxt verdi

Baş nazir Benyamin Netanyahu iyunun 8-dək Qəzza zolağında müharibədən sonrakı nizamlanma planını təqdim etməsə, istefa verəcəyəm.
Adalet.az xəbər verir ki, bu sözləri İsrail Hərbi Kabinetin üzvü Benni Qantz mətbuat konfransında deyib.
Qantz İsrailin taleyüklü strateji kəsişmədə olduğunu bildirib və cəsarətli qərarlar verməyə çağırıb:
“Bizim çiyin-çiyinə döyüşməyə davam etməyimiz üçün Hərbi Kabinet iyunun 8-dək milli əhəmiyyət kəsb edən altı strateji hədəfin həyata keçirilməsinə gətirib çıxaracaq aktiv fəaliyyət planı hazırlamalıdır”.
Qantz şərtlərini aşağıdakı kimi sadalayıb: 1. Qəzzadakı əsirlərin qaytarılması; 2. HƏMAS-ın hərbi və siyasi strukturunun məhv edilməsi, Qəzza zolağının demilitarizasiyası və anklavda təhlükəsizliyə İsrailin nəzarətinin təmin edilməsi; 3. HƏMAS və FƏTH-in iştirakı olmadan, fələstinlilərin, ərəb ölkələrinin, Avropa və ABŞ nümayəndələrinin iştirakı ilə Qəzza zolağında birgə idarəetmə strukturunun yaradılması; 4. Sentyabrın 1-dək İsrailin şimal və cənub sərhəd bölgələri sakinlərinin evlərinə qayıtması; 5. İsrailin Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri ilə diplomatik əlaqələrinin normallaşmasına yardım etmək; 6. İsrail ordusunun sıralarına əhalinin bütün kateqoriyaları, o cümlədən ultra-pravoslavların çağırışının genişləndirilməsi.
“Baş nazir Netanyahu, indi gözlərinizin içinə baxıram və deyirəm: sizinlə dəfələrlə danışdıqdan sonra həqiqəti söyləməyin vaxtı, qərar anı gəldi. Əgər siz ekstremistlərin yolu ilə getməyə və bütün xalqı uçuruma aparmağa qərar versəniz, biz sizin hökumətinizi tərk etməli olacağıq, xalqın etimadını qazanacaq, geniş xalq birliyinə arxalanacaq bir hökumət yaratmaq üçün xalqa müraciət edəcəyik. Vəziyyəti düzəldin və qələbə qazanın”, - o əlavə edib.
Digər Xəbərlər

Ərdoğandan “Terrorsuz Türkiyə” şərhi

Rusiya Polşaya nota verdi

ABŞ Dövlət Departamenti 1300-dən çox diplomatı işdən çıxarır

Ankarada FETÖ-nün maliyyə şəbəkəsinə zərbə: 16 nəfərə həbs qərarı

"Rusiya qələbəyə yaxınlaşır, Ukrayna uduzdu" - Orban

Moskva bazarında azərbaycanlılar saxlanıldı - VİDEO

Bu ölkədə ilk dəfə Hərbi Hava Qüvvələrinə qadın başçılıq edəcək
