"Mançester Yunayted"in qapıçısı mükafatlandırıldı

İngiltərənin "Mançester Yunayted" klubunun qapıçısı Andre Onana vətəni Kamerunda Afrikadakı humanitar fəaliyyətinə görə Beynəlxalq Peşəkar Futbolçular Federasiyasının (FIFPRO) təsis etdiyi "FIFPro Player Impact" mükafatına layiq görülüb.
Adalet.az xəbər verir ki, bu barədə FIFPRO bəyanat yayıb.
28 yaşlı qapıçının öz adını daşıyan fondu Saxaranın cənubundakı imkansız ailələrə pulsuz səhiyyə xidmətləri göstərir və mürəkkəb cərrahiyyə əməliyyatlarını təmənnnasız həyata keçirir. "Andre Onana Fondu" ilə işləyən tibb mütəxəssislərinin son üç ildə 1200-dən çox cərrahiyyə əməliyyatı həyata keçirdikləri bildirilib.
Mükafatın bir hissəsi kimi FIFPRO-nun A.Onananın xeyriyyə təşkilatına 10000 dollar ianə edəcəyi bildirilib.
Qeyd edək ki, kamerunlu qolkiper "Mançester Yunyted"də bu mükafatı alan ikinci futbolçu olub. Daha əvvəl, 2020-ci ildə Markus Reşford İngiltərədə imkansız uşaqlar üçün məktəbdə pulsuz yemək kampaniyası keçirdiyi üçün eyni mükafata layiq görülmüşdü.
Digər Xəbərlər

Juninyo "Qarabağ"a qayıtdı

İlkay Gündoğan “Qalatasaray”da

“Fənərbaxça” Asensionun transferini açıqladı

Azərbaycanı AÇ-də təmsil edəcək gənc cüdoçuların adları bilindi

Asim Xudiyevə UEFA-dan növbəti təyinat

Yeniyetmə şahmatçıların Laçın və Zəngilan rayonlarına infoturu təşkil olunub - VİDEO

"Zirə" Azərbaycan Premyer Liqasında ən böyükhesablı qələbəsini qazanıb
