07 Sentyabr 2024 11:05
287
GÜNDƏM

Marqarita Simonyan BBC telekanalını  məhkəməyə verir

 RT telekanalının baş redaktoru Marqarita Simonyan Britaniya təbliğatında onun haqqında yalan yazılara görə BBC telekanalını məhkəməyə verməyi planlaşdırdığını açıqlayıb. O, bu barədə Telegram kanalında yazıb.


“Bütün şöhrəti ilə Britaniya təbliğatı... Təbii ki, mən heç vaxt belə bir söz deməmişəm. Mən isə... BBC-ni məhkəməyə verəcəyəm...” Simonyan yazıb.

Bundan əlavə, RT-nin baş redaktoru BBC-nin yaydığı mətnə ​​istinad edərək, britaniyalı jurnalistlərin Simonyanın guya mütəmadi olaraq Rusiya Federasiyasının düşmənlərinə qarşı zorakılığa çağırış etdiyini yazdığını bildirib.

 Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi RT telekanalı və onun baş redaktoru Marqarita Simonyana qarşı sanksiya tətbiq edib.

 Əntiqə Rəşid