Marta, başa düş, Xankəndi də bizimdir, sökdüyümüz doğum evi də...
Xankəndidən 2 gün əvvəl gələn şəxs olaraq bildirirəm ki, orada çox sürətli və dünya standartlarına uyğun gələn tikinti bərpa işləri gedir. Sıradan çıxmış, köhnəlmiş, istismar dövrü bitmiş binalar kökündən sökülərək yeniləri ilə əvəz edilir.
Şəxsən öz gözlərimlə bu prosesi izlədim də! Onu da vurğulayım ki, şəhərdə tək istismar dövrü bitmiş tikililər deyil, işğal dövründə inşa edilmiş qanunsuz tikililər də sökülür. Belə qanunsuz tikililər arasında qondarma qurumun dırnaqarası “parlament” və “Arsaxı azad etmiş döyüşçülər” ittifaqının binaları da var.
Ümumiyyətlə, belə tikintilər haqqında Azərbaycan Dövlət Televiziyası tez-tez məlumatlar paylaşır.
Bu gün erməni mediasının paylaşdığı bir məlumatı sizinlə bölüşmək istəyirəm. Erməni mediası yazır:” Azərbaycanın Telegram kanalları mütəmadi olaraq işğal olunmuş Artsaxın müxtəlif yaşayış məntəqələrindən kadrlar dərc edir. Üzülükləri ilə birgə erməni aid hər şey məhv edilir. Abidələr sökülüb yerlə-yeksan edilir, monastır kompleksləri dəyişdirilir, bütün məhəllələr və tarixi kəndlər tamamilə məhv edilir. Bu gün Bakının əlləri artıq Stepanakertdəki doğum evinə çatıb”.
Nə axmaq bir ittiham....
Medianın yazdığını elə buradaca dayandırıb heyrətlə öz-özümə söylənirəm:" Utanmaz və ar bilməz qonşular, işğalçılıq fəaliyyətlərinizdən, mənasız arzularınızdan, sizi ölümə sürükləyən ədavət dolu ideologiyalarınızdan nə vaxt əl çəkəcəksiniz? 2020-ci ildən üzü bəri olanlar sizə dərs olmad? Siz hələ də o boş başınızla anlamaq istəmirsiniz ki, Qarabağ Azərbaycan torpağıdır, Azərbaycan dövləti öz torpağında istədiyi kimi tikib -qurmaq imtiyazına malikdir?. Sökər də, tikər də! Bu adi və sadə gerçəyi sizə anlatmaq üçün mütləq dəmir yumruq lazımdırmı? Adam olası deyilsiniz... Vallah!
Erməni mediasının məqaləsinin davamını yazıram: “Artsaxlı Marta Xaçatryan deyib: ” Aprelin 7-də (Mən Xankəndidə səfərdə olarkən- red-ƏR)Xankəndidə Ana və Uşaq Sağlamlığı Mərkəzinin görüntüləri yayılıb. Mən və mənim kimi minlərlə qadın o doğum evində uşaq dünyaya gətirmişik. Həmin binanın ən cəlbedici obrazı Məryəmin qırmızı daşdan giriş divarına bərkidilmiş böyük heykəli idi. Onu ya Məryəmin Müjdəsi bayramında söküblər, ya da elə həmin gün sərgiyə qoyublar. Mən o doğum evində analıq sevincini yaşadım, indi allahsızlar onu məhv edir”.
İndi buradan özümü saxlaya bilməyərək Martaya deyirəm ki, kaş ki, salamat doğmayaydın, erməni xislətli bir şeytanı da orada sən dünyaya gətirmisən. Orada doğulan şeytan balalarına görə o doğum evi mütləq sökülməli idi və buna görə dövlətimə bütün qarabağlılar adından təşəkkür edirəm!
Martanın ürəyi soyumayıb , xəbər portalına bildirib ki, Azərbaycanla birlikdə Paşinyan da Artsaxın erməni izini silir, üstəlik:” Paşinyan özü də İntibah meydanından “Artsax Ermənistandır, vəssalam” deyə qışqırırdı. Bu gün nə dəyişdi? Biz də bilmirik. Amma biz hər gün daha çox əmin oluruq ki, Paşinyan Əliyev və Ərdoğanın marionetidir”.
Qeyd edək ki, məlum doğum evi 1970-ci illərdə istifadəyə verilib və hazırda istismar dövrü başa çatıb.
Əntiqə Rəşid
Digər Xəbərlər
23 Oktyabr 2026 11:10
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
22 Oktyabr 2026 12:21
Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi
22 Oktyabr 2026 11:42
Payız niyə yaz kimi keçir?
22 Oktyabr 2026 00:00
Alyona Əliyeva ukraynalı uşaqlarla İçərişəhəri gəzdi - FOTOLAR
21 Oktyabr 2026 12:42
"Ailədaxili münasibətlərdə baş verən dəyişikliklər bizi narahat edir" - Komitə sədri
21 Oktyabr 2026 12:24
Bələdiyyələrin istifadəsində olan torpaqlar təhlil olunub, çatışmazlıqlar müəyyənləşdirilib
21 Oktyabr 2026 11:19
Ordubada qar yağıb - FAKTİKİ HAVA
21 Oktyabr 2026 07:07


Bakı -°C

