02 Sentyabr 2025 08:36
100
HADİSƏ

Masazırda fərdi yaşayış evindəki yanğında iki nəfər ölüb - YENİLƏNİB

Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində hər mərtəbəsi 40 m² olan ikimərtəbəli fərdi yaşayış evinin yanar konstruksiyaları və bitişik hər mərtəbəsi 40 m² olan ikimərtəbəli fərdi yaşayış evinin dam örtüyü 40 m² sahədə yanıb.

İkinci evin 1-ci və 2-ci mərtəbələri və digər bitişik evlər yanğından mühafizə edilib. 

Yanğın yerinin kəşfiyyatı zamanı iki nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

06:26

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evində baş vermiş yanğın bitişik digər evlərə keçməsinə imkan verilmədən tam söndürülüb. 

Bu barədə Adalet.az-a FHN-dən bildirilib.

Əlavə məlumat veriləcək.

06:19

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Abşeron rayonu, Masazır qəsəbəsində fərdi yaşayış evində baş vermiş yanğın yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Bu barədə Adalet.az-a FHN-dən bildirilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.