22 Iyul 2024 12:21
429
DÜNYA

Mask NATO-ya xərclənən pullardan narazıdır

Amerikalı milyarder İlon Mask ABŞ-ın alyansa xərclədiyi pulun avropalıların xərcləri ilə müqayisə edib və bildirib ki, NATO-nun fəaliyyətinə xərclədiyimiz maliyyə həddindən artıq çoxdur.

 Maskın sözlərinə görə, Birləşmiş Ştatların ödədiyi üzvlük haqqı absurd dərıcədə çoxdur. "Amerikan vergi ödəyicilərinin vəsaiti  nəyə görə, avropanın müdafiəsinə xərclənməlidir, Avropa özü öz xərclərini ödəmək qabiliyyətindədir.

 Biznesmen faktiki olaraq Donald Trampın mövqeyini təkrarlayır. Ağ Evin keçmiş məsləhətçisi Con Bolton bildirir ki, eks-prezident hesab edir ki, NATO "qədirbilməz avropalıların yığıncağıdır".

 Dövlət katibi Entoni Blinkenin fikirincə, Tramp prezident seçilərsə, Kiyevə hərbi yardım etməkdən imtina edə bilər.

 Rüstəm Hacıyev