Borrell: Aİ Gürcüstandakı vəziyyəti müzakirə edəcək
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrinin müzakirə olunacağı Siyasət və Təhlükəsizlik üzrə Komitənin iclasının çağırıldığını bildirib.
Adalet.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə J.Borrelin bəyanatında deyilir.
"Mən bu məsələni noyabr ayında keçiriləcək Xarici İşlər üzrə (Aİ) Şurasının gündəliyinə də daxil etmişəm", - bəyanatda qeyd olunub.
Onun sözlərinə görə, Gürcüstan Aİ-yə namizəd ölkədir və buna görə də Avropa dəyərlərinə sadiqliyini nümayiş etdirməlidir.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, 26 oktyabrda keçirilən seçkilərin nəticələrinə əsasən, hakim partiya 53,93 % səs toplayıb.
Digər Xəbərlər
31 Oktyabr 2024 11:46
Nazir: Türkiyənin müdafiə sənayesi hədəfə alınıb
31 Oktyabr 2024 11:19Yaşar Gülər: Türkiyə həm öz, həm də qardaş ölkələrin hərbi pilotlarını yetişdirir
31 Oktyabr 2024 11:18Ermənistan Hindistanla qırıcı təyyarələrin alınması ilə bağlı danışıqlar aparır
31 Oktyabr 2024 10:55"Azərbaycan tərəfi bu təkliflərimizi müsbət qarşıladı" - Mirzoyan
31 Oktyabr 2024 10:35