04 Noyabr 2024 09:23
175
DÜNYA

Maya Sandu yenidən prezident seçildi - YENİLƏNİB

Moldovanın hazırkı lideri Maya Sandu prezident seçkilərinin ikinci turunda qalib gəldiyini bəyan edib.

Adalet.az xəbər verir ki,  siyasətçi bu barəsə "X" hesabında yazıb. 

"Ən mühüm məsələ ədliyyə islahatları və korrupsiyaya qarşı mübarizədir. Aydındır ki, bu islahatı apardığımız sürət kifayət deyil. Aydındır ki, bunun üçün yanaşma dəyişilməlidir, cəmiyyətdə geniş müzakirələr aparılacaq; Yeni üsullardan istifadə edəcəyik və işlər daha sürətlə gedəcək. Biz 2025-ci ildə keçiriləcək parlament seçkilərinə hazırlaşmalı və demokratiyanı möhkəmləndirməliyik".

Seçki məntəqələrindən gələn protokolların 99,01%-ni emal etdikdən sonra Sandu 55,06%, Stoyanoqlo 44,94% səslə liderdir.

XXX

00:23

Moldova prezidentliyinə namizəd Aleksandr Stoyanoqlo səslərin 79,5%-nin hesablanmasından sonra prezident seçkilərində liderdir.

Adalet.az xəbər verir ki, Moldova Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Stoyanoqlo 51,82%, hazırkı prezident Maia Sandu isə 48,18% səs toplayıb.

XXX

3 noyabr, 16:51

Moldovada prezident seçkilərinin ikinci turunu baş tutmuş hesab etmək olar. Seçki məntəqələrində seçici fəallığı 20 faizdən və ya seçici siyahılarına daxil edilmiş vətəndaşların beşdəbirindən çoxdur.

Adalet.az xəbər verir ki, Moldova Mərkəzi Seçki Komissiyasının məlumatına görə, saat 12.30-a qədər ölkənin 775 mindən çox vətəndaşı və ya 27,25 faizi səsvermə hüququndan istifadə edib.

Seçicilərin ümumi sayının 53 faizindən çoxu qadınlar, 46 faizə yaxını kişilərdir. Ən fəal seçicilər 56-65 yaş (23,40 faiz), ən passiv seçicilər isə 76 yaşdan yuxarı (4,98 faiz) insanlardır. Kişineuda 173 minə yaxın vətəndaş və ya seçicilərin 26 faizindən çoxu seçki məntəqələrinə gəlib.

Seçki Məcəlləsinə əsasən, ikinci turda seçici siyahılarına daxil edilmiş şəxslərin ən azı beşdəbirinin iştirak edəcəyi təqdirdə seçkilər baş tutmuş sayılır.

Moldova Respublikasının vətəndaşları bu gün növbəti dörd il üçün ölkə prezidentini seçirlər. Seçki məntəqələri saat 7.00-da açılıb, saat 21.00-da bağlanacaq.

Bu gün Moldova Respublikasında prezident seçkilərinin ikinci turu keçirilir. Dövlət başçısı postu uğrunda hazırkı prezident Maya Sandu və sosialist namizəd Aleksandr Stoyanoqlo mübarizə aparırlar.

*** 09:27

Moldovada prezident seçkilərinin ikinci turu ilə bağlı səsvermə başlayıb.

Adalet.az xəbər verir ki, ikinci turda Fəaliyyət və Həmrəylik Partiyasının namizədi, Moldovanın hazırki Prezidenti Maya Sandu və Moldova Respublikası Sosialistlər Partiyasının dəstəklədiyi namizəd Aleksanda Stoyanoqlo mübarizə aparırlar.

Oktyabrın 20-də keçirilən prezident seçkiləri zamanı Maya Sandu 656,852 səs toplayıb, bu da seçicilərin 42,49 faizidir. Aleksanda Stoyanoqlo isə 25,95 faiz - 401,215 səs toplayıb. Seçki qanunvericiliyinə görə, namizədlərdən biri 50 faizdən çox səs toplaya bilsəydi, qalib hesab olunacaqdır.

Seçkilərin birinci turunda prezidentliyə namizəd uğrunda 11 namizəd mübarizə aparıb.

Səsvermə yerli vaxtla 21:00-da başa çatacaq.