Mədəniyyət Nazirliyindən Arif Babayevlə bağlı NEKROLOQ
Azərbaycan musiqi mədəniyyəti ağır itki ilə üzləşib. Görkəmli xanəndə, Xalq artisti, Dövlət Mükafatı laureatı, Prezident təqaüdçüsü, professor Arif İmran oğlu Babayev 87 yaşında dünyasını dəyişib.
Adalet.az xəbər verir ki, bu sözlər Mədəniyyət Nazirliyinin nekroloqunda əksini tapıb.
Bildirilib ki, Arif Babayev Azərbaycan muğam sənətinin inkişafında müstəsna xidmətlər göstərmiş, ifaçılıq və pedaqoji fəaliyyəti ilə bir çox nəsillərin yetişməsində böyük rol oynamışdır.
Qeyd olunub ki, 1938-ci il mayın 16-da Ağdam rayonunun Sarıhacılı kəndində anadan olan sənətkar uşaq yaşlarından musiqiyə maraq göstərib. Bakı Musiqi Texnikumunda və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alan Babayev 1963-cü ildən Azərbaycan Televiziya və Radiosunun solisti kimi fəaliyyətə başlayıb.
Nekroloqa əlavə edilib ki, o, “Şur”, “Rast”, “Bayatı-Şiraz”, “Seygah”, “Qarabağ şikəstəsi” kimi muğamların mahir ifaçısı kimi tanınıb. Sənətkarlığı ilə yanaşı, uzun illər pedaqoji fəaliyyətlə də məşğul olan Arif Babayev Bülbül adına Orta ixtisas musiqi məktəbində və Azərbaycan Milli Konservatoriyasında çalışıb, onlarca gənc xanəndənin yetişməsinə töhfə verib.
"Arif Babayevin çoxşaxəli yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilib. O, “Əməkdar artist”, “Xalq artisti” fəxri adlarına, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenlərinə layiq görülüb, Prezidentin fərdi təqaüdü ilə təltif olunub. Mədəniyyət Nazirliyi bildirir ki, böyük xanəndə və gözəl pedaqoq Arif Babayevin xatirəsi onu tanıyanların və sevənlərin qəlbində daim yaşayacaq",- nekroloqun sonunda diqqətə çatdırılıb.
Digər Xəbərlər
09 Iyul 2026 12:30
Gənc taleyi zülmətə dönən aktrisa - Əntiqə Kərimzadə yazır…
09 Iyul 2026 10:43
ƏMƏKDAR JURNALİST FAİQ QİSMƏTOĞLUNUN YUBİLEYİ AŞIQLAR BİRLİYİNDƏ QEYD OLUNUB
07 Iyul 2026 12:57
Xalq artisti Əlixan Səmədov: “Balabanı dünyaya tanıtmaq mənim milli qürurumdur”
04 Iyul 2026 09:00


Bakı -°C

