Arif Hüseynov istefa verdi
Xalq rəssamı Arif Hüseynov Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinə üzvlüyünə və “Kitab Qrafikası və Miniatür” bölməsinə sədrliyinə xitam verilməsi ilə bağlı İttifaqın Rəyasət Heyətinə açıq məktubla müraciət edib.
Adalet.az xəbər verir ki, müraciətdə deyilir:
"Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinə
Hörmətli həmyaşıdlar!
Sizə bildirmək istəyirəm ki, Azərbaycan Rəssamlar İttifaqının ali maraqlarını hər zaman nəzərə alaraq yüksək tutmuşam. 1985-ci ildən etibarən Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinin üzvü, həmçinin “Kitab Qrafikası və Miniatür” bölməsinin sədri kimi fəaliyyət göstərirəm.
Bu illər ərzində Azərbaycan təsviri sənətinin inkişafı, milli rəssamlıq ənənələrinin qorunması və yeni nəsil sənətkarların yetişməsi naminə bütün bilik və təcrübəmi səfərbər etməyə çalışmışam. Mənə göstərilən etimadı hər zaman böyük məsuliyyət hesab etmişəm.
Hazırda ömrümün 83-cü ilini yaşayıram. Yaşımı, sağlamlıq vəziyyətimi və qarşıda həyata keçirmək istədiyim yaradıcılıq planlarını nəzərə alaraq, Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinin üzvlüyündən, eləcə də Kitab Qrafikası və Miniatür Bölməsinin sədri vəzifəsinə xitam vermək qərarına gəlmişəm.
Azərbaycan Rəssamlar İttfaqının Rəyasət Heyətinin hər bur üzvünə Azərbaycan təsviri sənətinin inkişafı naminə nümayiş etdirdiyi prinsipial və səmərəli fəaliyyətə görə təşəkkürümü bildirir, gələcək fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram".
Digər Xəbərlər
10 Avqust 2026 09:05
Fatimə Leyla Əliyevanın şeirinə yazılmış mahnını ifa etdi - VİDEO
05 Avqust 2026 13:28
Baba Mahmudoğlu: Ceyran bala - VİDEO
05 Avqust 2026 13:15
AĞDAM TOYU - RƏMİŞ YANĞISI - VİDEO
05 Avqust 2026 12:09
OQTAY KAZIMİ: İLK bəstəkarım
05 Avqust 2026 11:43
“Həmin məscidlərin hamısı rus-erməni işğalı zamanı məhv edilib”
30 Iyul 2026 18:07
"44" bədii filmi üzərində işi yekunlaşdırdıq" - Anar Ələkbərov
30 Iyul 2026 10:10
Zəka Vilayətoğlu: "Dənizə Yağan Yağış" - VİDEO
29 Iyul 2026 15:11


Bakı -°C

