Tofiq Mirzəyev vəfat etdi
Azərbaycan mədəniyyətinə ağır itki üz verib.
Adalet.az xəbər verir ki, Xalq artisti, tanınmış aktyor və rejissor Tofiq Mirzəyev 94 yaşında İsraildə vəfat edib.
Tofiq Mirzəyev Azərbaycan kino və televiziya sənətinin görkəmli simalarından biri kimi uzun illər milli mədəniyyətin inkişafına mühüm töhfələr verib.
O, “Uşaqlığın son gecəsi”, “Nəsimi”, “İstintaq”, “Təhminə”, “O qızı tapın” və digər filmlərdə yaratdığı yaddaqalan obrazlarla tamaşaçıların yaddaşında silinməz iz qoyub.
Tofiq Mirzəyev aktyorluq fəaliyyəti ilə yanaşı, televiziya rejissoru kimi də çalışaraq milli ekran mədəniyyətinin formalaşmasında mühüm rol oynayıb.
Allah rəhmət eləsin!
Digər Xəbərlər
31 Avqust 2026 13:14
Xalq artisti: “Qolumla alnımın tərini silib, o sənədə imza atdım”
28 Avqust 2026 16:29
Sədr səlahiyyətləri Şəfiqə Məmmədovaya həvalə edildi
26 Avqust 2026 12:10
Nərgiz gülünə bənzəyən aktrisa
25 Avqust 2026 14:35


Bakı -°C

