MEDİA Azərbaycan milli mətbuatının 150 illik yubileyi çərçivəsində seminarlara başlayıb - FOTOLAR
Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyi çərçivəsində “Azərbaycan mətbuat tarixi” və “Media etikası” mövzularında seminarlara başlanıb.
Adalet.az xəbər verir ki, seminarın açılışında çıxış edən ADA Universitetinin Akademik işlər üzrə prorektorunun müşaviri, İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyeva qeyd edib ki, ADA Universiteti müasir təhsil mühitində praktiki bacarıqların inkişafına xüsusi önəm verir və mətbuat tarixi, etik dəyərlər kimi mövzular üzrə keçirilən bu seminarlar jurnalistikanın ictimai funksiyasını daha dərindən dərk etməyə imkan yaradır.
Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədlinin təşəbbüsü ilə keçirilən seminarda “Jurnalistikanın tarixi: papirusdan kompüterə”, “Azərbaycanda milli mətbuatın yaranması və inkişaf mərhələləri”, “Müasir media mühitində milli mətbuatın maarifçilik missiyası” və “Media etikasının aktual məsələləri” mövzularında seminar və vörkşoplar təşkil olunub.
N.Məmmədli bildirib ki, milli mətbuatın 150 illik yubileyi sadəcə tarixi mərhələ deyil, eyni zamanda Azərbaycan jurnalistikasının gələcək inkişaf strategiyasını müəyyənləşdirmək üçün fürsətdir:
"Bu kimi seminarlar jurnalistlərin həm nəzəri, həm də praktiki biliklərinin artırılmasına, eləcə də etik prinsiplərə əsaslanan peşəkar medianın formalaşmasına xidmət edir".
Seminar zamanı media etikasına dair müxtəlif praktiki situasiyalar müzakirə olunub, informasiya dəqiqliyinin təmin olunması, mənbələrin etibarlılığı və ictimai maraqların qorunması kimi məsələlərə toxunulub, eləcə də ictimai etimadın qazanılmasında etik davranışın əhəmiyyəti vurğulanıb.
Seminar interaktiv müzakirə və sual-cavab sessiyaları ilə davam edib.
Digər Xəbərlər
10 Iyul 2026 10:15
IV Şuşa Qlobal Media Forumu bu tarixdə keçiriləcək
01 Iyul 2026 15:35
"Ədalət" qəzetinin əməkdaşı MEDİA-nın müsabiqəsində qalib oldu
01 Iyul 2026 14:03
Saytlara dəstək müsabiqəsinin nəticələri açıqlandı - SİYAHI
01 Iyul 2026 13:36
Çap mediası subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı - FOTO
30 Iyun 2026 15:24
Mətbuat Şurasında əməkdar jurnalist Faiq Qismətoğlunun 70 illiyi qeyd edildi - FOTOLAR
30 Iyun 2026 13:17
Bu hallarda saytlara məhdudlaşdırma tətbiq ediləcək
30 Iyun 2026 12:34
Azərbaycanda media sahəsində vahid qurum yaradılır
20 Iyun 2026 15:07


Bakı -°C

