MEDİA-da Özbəkistanın rəsmi şəxləri ilə görüş keçirilib - FOTOLAR
Medianın İnkişafı Agentliyində “Azərbaycan ilə Özbəkistan arasında media sahəsində əməkdaşlığın inkişafına dair “Yol Xəritəsi”nin icrası ilə əlaqədar qarşılıqlı səfərlər və mediaturlar çərçivəsində sözügedən ölkənin bir sıra dövlət orqan və qurumlarının kommunikasiyaya məsul şəxsləri və media nümayəndələri ilə görüş keçirilib.
Adalet.az xəbər verir ki, görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini, bu baxımdan media sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, media sahəsində təcrübə və resurs mübadiləsinin genişləndirilməsinin, birgə layihələrin həyata keçirilməsinin, kommunikasiyaya məsul şəxslər və jurnalistlərin peşəkar inkişafına yönəlmiş təşəbbüslərin “Yol Xəritəsi” çərçivəsində mühüm yer tutduğunu diqqətə çatdırıb.
Qonaqlar Agentliyin media sahəsində həyata keçirdiyi sistemli yanaşmanı, xüsusilə media subyektlərinin inkişafına və rəqəmsallaşma proseslərinin sürətləndirilməsinə yönəlmiş fəaliyyətini yüksək qiymətləndiriblər. Onlar belə təşəbbüslərin gələcəkdə hər iki ölkədə medianın dayanıqlı inkişafına xidmət göstərəcəyini ifadə ediblər.
Digər Xəbərlər
12 Dekabr 2025 16:52
MEDİA-nın kollektivi Heydər Əliyevin məzarını ziyarət etdi - FOTOLAR
11 Dekabr 2025 11:17
Əhməd İsmayılov Suriyanın informasiya naziri ilə görüşdü - FOTO
09 Dekabr 2025 19:37
Tanınmış jurnalist Azərbaycan Dövlət Radiosuna rəhbər təyin edildi
09 Dekabr 2025 17:46
Media nümayəndələri üçün "Storytelling" mövzusunda təlimlərə başlanılıb - FOTOLAR
08 Dekabr 2025 15:19
AZƏRTAC-ın müxbiri “Persona-2025” nominasiyasının qalibi olub
08 Dekabr 2025 15:05
"Ədalət" qəzetinin əməkdaşı MEDİA-nın müsabiqəsində qalib oldu
08 Dekabr 2025 14:40
MEDİA "Fərdi jurnalist müsabiqəsi"nin nəticələrini açıqladı
05 Dekabr 2025 14:45


Bakı -°C

