MEDİA ilə Heydər Əliyev Beynəlxalq Aeroportunun birgə açıqlaması

Son günlərdə Heydər Əliyev Beynəlxalq Aeroportunun adından sosial şəbəkələrdə açılmış saxta səhifələrdə guya itmiş baqajların satışı ilə bağlı elanlar yerləşdirilir və vətəndaşların şəxsi məlumatlarının toplanmasına cəhd göstərilir.
Adalet.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi ilə Heydər Əliyev Beynəlxalq Aeroportunun birgə açıqlamasında deyilir.
"Bildiririk ki, bu tip məlumatlar tamamilə saxtadır və Bakı hava limanı ilə heç bir əlaqəsi yoxdur.
"Vətəndaşlarımızı diqqətli olmağa çağırır, məlumatları yalnız rəsmi mənbələrdən, o cümlədən Heydər Əliyev Beynəlxalq Aeroportunun rəsmi airport.az saytından, sosial şəbəkə hesablarından izləməyi tövsiyə edirik.
Saxta material, habelə onun mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir", - məlumatda deyilir.
Digər Xəbərlər

Natiq Məmmədli: Qarabağın dirçəlişi Azərbaycan mediasının əsas mövzusudur

Baku TV-yə xəbərdarlıq edildi

Milli mətbuatın 150 illiyi yubiley medalına namizədlər müəyyənləşdirilib

Daha bir neçə sayt Mətbuat Şurasına üzv oldu

MEDİA və Mətbuat Şurası başsağlığı yayıb

Gəncliyə Yardım Fondunda Milli Mətbuatın 150 illiyi münasibətilə görüş keçirildi

Bakıda II Azərbaycan-Özbəkistan Media Forumu keçirilib - YENİLƏNİB
