Məhəmmədidə "zapravka"da GÜCLÜ YANĞIN - VİDEO
Abşeron rayonu, Məmmədli kəndində yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın baş verib.
Bakıvaxtı.az-a bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Nazirliyin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Məmmədli kəndində yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının məntəqənin ərazisində yerləşən bir dam altında tikilmiş ümumi sahəsi 260kv.m. olan 8 boksdan ibarət avtomobil təmiri sexi və ehtiyat hissələri satışı mağazası kimi fəaliyyət göstərən obyektlərdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək digər bokslara yayılmasına, habelə yanacaqdoldurma məntəqəsinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində iki boksun yanar konstruksiyaları 60kv.m. sahədə və dam örtüyünün taxta atmaları 260kv.m. sahədə yanıb.
Xəsarət alan olmayıb.
Digər obyektlər və yanacaqdoldurma məntəqəsi yanğından mühafizə olunub.


Bakı -°C

