Zakir Həsənov yeni hərbi obyektlərin açılışında - VİDEO
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordumuzun maddi-texniki təminatı daha da gücləndirilir və müasir standartlara cavab verən hərbi infrastrukturlar qurulur.
Adalet.az xəbər verir ki, Müdafiə Nazirliyinin rəhbər heyəti Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin istifadəsinə verilən yeni hərbi obyektlərə baxış keçirib.
Rəhbər heyətə məruzə olunub ki, respublikamızın müxtəlif bölgələrində yeni istifadəyə verilmiş 20-yə yaxın hərbi infrastruktur obyektlərində şəxsi heyətin xidməti-döyüş fəaliyyəti üçün lazımi şərait yaradılıb.
Obyektlərdə yeməkxana, mətbəx, tibb məntəqəsi, yataqxana, silah otağı, məişət otağı, hamam-sanitar qovşağı, qazanxana və su təchizatı kompleksi, eləcə də ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar mövcuddur. Binalar kommunal xidmət sistemləri və kommunikasiya xətləri, o cümlədən yanğın əleyhinə siqnalizasiya ilə təchiz edilib.
İnfrastrukturlar bütün zəruri ehtiyacları təmin etmək məqsədilə müasir avadanlıq, mebel və inventarlarla təchiz olunub.
General-polkovnik Zakir Həsənov ölkəmizin hava məkanının fasiləsiz müdafiəsi, bununla yanaşı HHM bölmələrində keçirilən təlim və məşqlər zamanı arsenala yeni daxil edilmiş müasir silah və texnikanın taktiki-texniki xüsusiyyətlərinin dərindən öyrənilməsi, onların döyüş şəraitində effektiv tətbiqi qaydalarının mənimsənilməsi barədə Hava Döyüş Komandanlığına müvafiq tapşırıqlar verib.
Digər Xəbərlər
25 Avqust 2026 16:41
Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir
25 Avqust 2026 16:41
"Azəripək" "Azərxalça"ya birləşdirilib
25 Avqust 2026 15:58
ADSEA yeni, rəqəmsal QR Bələdçi platformasını istifadəyə verib
25 Avqust 2026 15:44
Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
25 Avqust 2026 12:53
Hərbi toplanış kimlər üçün məcburi deyil?
25 Avqust 2026 12:07
Sloveniyada işləyə bilərsiniz - Bu sahələr üzrə 200-dən çox vakansiya var
25 Avqust 2026 12:04
Tofiq Bakıxanovla vida mərasimi keçirilir - Prezidentlə xanımı əklil göndərdi
25 Avqust 2026 11:18


Bakı -°C

