Məhərrəm Əliyev: "Ermənistan Bəyanatı icra etməsə, böyük problemlərin..."
"Məlumdur ki, bu gün Ermənistan yalnız iqtisadi, sosial deyil, həm də hərbi-siyasi böhran içindədir və ölkədə hərc-mərclik davam edir. Eləcə də keçmiş hakimiyyətdən olan revanşistlərin yenidən iqtidara can atmaları 10 noyabr Bəyanatının pozulmasına yönəlmiş addımlardır. Ermənistan Bəyanatın müddəalarını icra etməzsə, onlar üçün əvvəlkindən də böyük problemlərin yaranmayacağına kimsə zəmanət verə bilməz".
Adalet.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev müsahibəsində deyib.
"Cənab Ali Baş Komandan İlham Əliyev qarşıda dayanan məsələlər barədə fikirlərini açıqlayarkən vurğulayır ki, Ermənistan tərəfi yeni reallıqlarla barışmalı və bizimlə hesablaşmalıdır. Sülh və əminamanlığı bərpa etməklə regionun inkişafından Ermənistan da bəhrələnə bilər", - Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb.
Artıq dünya birliyi də Azərbaycanın qələbəsini regionda sülhün möhkəmləndirilməsi istiqamətində önəmli töhfə kimi qiymətləndirir: "Hesab edirəm ki, Ermənistan bu cəhdlərini nə qədər çox davam etdirərsə, hazırda düşdüyü acınacaqlı vəziyyətini daha da dərinləşdirəcək.
Mən Prezident İlham Əliyev cənablarının daha bir ifadəsini də xatırlatmaq istərdim. O, “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”, deyə bəyan etdi, məhz bu fikirlərini önə sürməklə vurğuladı ki, Azərbaycan dövləti yalnız xalqı ilə hesablaşır, xalqın maraqlarından çıxış edir. Biz şahidi olduq ki, 30 ilə yaxın dövrdə BMT Təhlükəsizlik Şurasının qətnamələri və digər nüfuzlu beynəlxalq təşkilatların qərarları icra olunmadı. 44 günlük Vətən müharibəsində Azərbaycanın Müzəffər Ordusu parlaq qələbə ilə ədaləti bərpa etdi. Buradan isə belə bir nəticə hasil etmək olar ki, vaxt, zaman hər bir hadisənin düzgün istiqamətləndirilməsində və qiymətləndirilməsində hakim rolunu oynayır".
Digər Xəbərlər
16 Sentyabr 2026 22:00
Asip Kayanın Naxçıvanda fəaliyyəti başa çatır
16 Sentyabr 2026 21:44
Əli Nağıyev Qazaxıstan Respublikasına səfər edib
16 Sentyabr 2026 21:30
Müharibələrin qısa zamanda dayanacağı inandırıcı deyil... - Səxavət Məmməd yazır
16 Sentyabr 2026 17:11
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşdü
16 Sentyabr 2026 14:58
Hikmət Hacıyev: Azərbaycan və BƏƏ həmfikir, strateji tərəfdaşdır
16 Sentyabr 2026 13:35
“Erməni cəmiyyətini keçmişin səhvlərini təkrarlamamağa çağırırıq”
16 Sentyabr 2026 12:55
Hakan Fidan: "Türkiyə və Azərbaycan iki sabitlik adasıdır"
16 Sentyabr 2026 11:35


Bakı -°C

