Məhkəmə Rüfət Səfərovla bağlı QƏRAR VERDİ - YENİLƏNİB
Hüquq müdafiəçisi Rüfət Səfərov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Adalet.az xəbər verir ki, R.Səfərov Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və CM 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri üzrə təqsirli bilinib.
18:31
Hüquq müdafiəçisi Rüfət Səfərov xuliqanlıq və dələduzluq maddələri ilə ittiham olunur.
Adalet.az-ın "Unikal"a istinadən məlumatına görə, Səfərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Binəqədi RPİ-nin İstintaq şöbəsi tərəfindən rayon məhkəməsinə vəsatət daxil olub.
Rufat Safarova daha bir maddə ilə - CM 127.2.3(qəsdən sağlamlığa az ağır zərər vurma) üzrə ittiham irəli sürülüb.
Qeyd edək ki, Rüfət Səfərov dekabrın 3-də Natiq İmamquliyev adlı şəxsin şikayəti əsasında Binəqədi RPİ-nin 5-ci Polis Şöbəsi tərəfindən şübhəli şəxs qismində saxlanılıb, izahatı alındıqdan sonra material istintaq şöbəsinə göndərilib.
Binəqədi rayon Polis İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Digər Xəbərlər
05 Dekabr 2025 19:40
Vardanyanın məhkəməsi sənədlərin elan olunması ilə davam etdirilib
05 Dekabr 2025 16:09
Məhkəmə Əli Kərimli ilə bağlı qərar verdi
03 Dekabr 2025 16:52
Altay Göyüşovla bağlı istintaq yekunlaşdı
03 Dekabr 2025 15:39
Baş Prokurorluqdan müraciət - Məlumatlarınızı tanımadığnız şəxslərə verməyin!
02 Dekabr 2025 17:41
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənildi
01 Dekabr 2025 20:10
Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənildi
01 Dekabr 2025 14:50
Məhkəmə Əli Kərimli ilə bağlı həbs qərarı verdi
28 Noyabr 2025 14:42


Bakı -°C

