Məhkəmə Tofiq Yaqublu ilə bağlı QƏRAR VERDİ

Milli Şuranın üzvü Tofiq Yaqublu və onunla birlikdə ittiham olunan jurnalist Elnur Məmmədovun cinayət işləri üzrə məhkəmə prosesi yekunlaşıb.
Adalet.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Tofiq Yaqublu 8 il, Elnur Məmmədov isə 8 il müddətə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı Tofiq Yaqublunun 10 il , Elnur Məmmədovun isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi
Qeyd edək ki, T.Yaqublu və E.Məmmədov Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilirlər.
Digər Xəbərlər

"Qarabağda silahlanma haqqında ilk çağırış qanunsuz mitinqlərdə olub" - MƏHKƏMƏ

Tanınmış modeli döyən Ziyaya hökm oxundu

Qukasyan: 1992-ci ildə Qarabağ ərazisində 30 mindən az erməniəsilli sakin yaşayırdı

DTX Dövlət Turizm Agentliyinin əməkdaşını HƏBS ETDİ

Davit Allahverdiyan: Mənə qarşı münasibət yaxşı olub

"Kənddəki oğlanlarla qərara gəlib mövqeləri qorumağa getdik" - Paşayan

"Postdan Xankəndiyə qaçmağa başladıq, yolda sizin hərbçilərə təslim olduq" - Stepanyan
