Ərdoğan: Aİ təhlükəsizliklə bağlı ciddi imtahan qarşısındadır

Avropa İttifaqı təhlükəsizliklə bağlı ciddi imtahan qarşısındadır.
Adalet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında danışıb.
O bildirib ki, ittifaqa üzv ölkələr xüsusilə Ukrayna ilə bağlı hadisələri narahatlıqla izləyir: "İndi Türkiyənin ilk gündən ortaya qoyduğu balanslaşdırılmış mövqeyinə daha çox önəm verilir. Rusiya və ya Ukrayna olmadan daimi sülhə nail olmaq mümkün deyil".
Ərdoğan söyləyib ki, Ankara Aİ ilə münasibətləri inkişaf etdirmək istəyir: "Türkiyənin rolunu başa düşməli, strategiyalarını buna uyğun müəyyənləşdirməlidirlər. İnanıram ki, Türkiyə ilə Avropa arasında əlaqələr hər sahədə sürətlə inkişaf edəcək".
Digər Xəbərlər

Tramp bu tarixdə Çinə səfər edə bilər

Mirzoyan: Ermənistan Türkiyə ilə münasibətlərin normallaşması prosesində iştirak edir

Ərdoğan: Suriya məsələsində kimsə bizə dərs verə bilməz

Zelenski Səudiyyə Ərəbistanındadır

TBMM sədri: Həm Rusiya, həm də Ukraynanın razı olacağı sülhün tərəfdarıyıq

Finlandiya Ukraynaya 16 milyon avro yardım ayıracaq

Hakan Fidan britaniyalı həmkarı ilə Suriyadakı vəziyyəti müzakirə edib
