Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Milli Şuranın üzvü Tofiq Yaqublu və onunla birgə ittiham olunan jurnalist Elnur Məmmədovun (Vaqifoğlu) apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Adalet.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə vəkillər müvəkkilləri Tofiq Yaqublu barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişməsini xahiş ediblər.
Vəsatət təmin edilməyib. Növbəti iclas mayın 20-i saat 15:00-da keçiriləcək.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tofiq Yaqublu 9 il və Elnur Məmmədov 8 il müddətinə azadlıqdan məhrum ediliblər.
Xatırladaq ki, Tofiq Yaqublu Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilir.
İstintaqın gedişatında Elnur Məmmədov (Vaqifoğlu) təqsirləndirilən şəxs qismində cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ondan istifadə) maddələri ilə ittiham verilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib.
Digər Xəbərlər
12 Dekabr 2025 18:56
Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı müsabiqə bitdi
11 Dekabr 2025 09:46
Məhkəmə Namizəd Səfərovla bağlı QƏRAR VERDİ
09 Dekabr 2025 20:31
Vardanyanın məhkəməsində ifadələr dinlənildi - FOTOLAR
09 Dekabr 2025 18:21
Prokuror ərəblərə həbs cəzası istədi
08 Dekabr 2025 20:45
Vardanyanın məhkəməsində zərərçəkmişlərin ifadələri dinlənildi
08 Dekabr 2025 15:29
Məhkəmə Məmməd İbrahimliyə rədd cavabı verdi
05 Dekabr 2025 19:40
Vardanyanın məhkəməsi sənədlərin elan olunması ilə davam etdirilib
05 Dekabr 2025 16:09


Bakı -°C

