Mehmetcik məktəblərindəki uşaqlardan əsgərlərə duyğusal məktublar və şəkillər
Fevralın 6-da baş verən və mərkəzi Kahramanmaraş olan zəlzələlərdən zərər çəkmiş şəhərlərdə açılan Mehmetcik məktəblərində təhsillərini davam etdirən uşaqlar çəkdikləri şəkillərlə və yazdıqları məktublarla əsgər qardaşlarına təşəkkür ediblər.
Türkiyənin Milli Müdafiə Nazirliyi və Milli Təhsil Nazirliyinin təşkilatçılığı ilə zəlzələ bölgəsindəki çadır və konteyner şəhərciklərində açılan Mehmetcik məktəblərində təhsil davam edir.
Zəlzələ bölgəsində fəaliyyətini davam etdirən Mehmetcik məktəblərdə təhsil alan uşaqları da tək qoymayıb.
Zəlzələdən zərər görmüş uşaqlar isə çəkdikləri şəkillərlə və yazdıqları məktublarla əsgər qardaşlarına təşəkkür ediblər.
Milli Müdafiə Nazirliyi sosial media hesabından “Mehmetcik məktəblərində təhsilini davam etdirən övladlarımızın qələmindən əsgər qardaşlarını duyğulandıran şəkillərdən və məktublardan bəziləri” qeydi ilə şagirdlərin duyğusal şəkillərini və məktublarını paylaşıb.
Əsgər və uşaq çəkilmiş şəkildə “Əziz Yunus abimə, səni sevirəm Yunus abi. Sən bizi qoruyursan, çox sağ ol” sözləri yazılıb.
Başqa bir şagird “Əsgər abi, sənə bir şey demək istəyirəm. Mən səni çox sevirəm, sən yaxşı insansan. Əsgər abi, mənə yaxşı davrandığın üçün çox sağ ol” yazıb.
Başqa bir şəkildə isə Mehmetcik məktəbi və əsgərlərin rəsmi çəkilib.
Digər Xəbərlər
21 Sentyabr 2026 08:59
Daimi pul çatışmazlığının beyin üçün təhlükəsi sübut edildi
21 Sentyabr 2026 08:53
Yatarkən işığı söndürmək üçün yeni səbəb
21 Sentyabr 2026 07:21
Payız gəldi, saçlar tökülməyə başladı - Səbəb
21 Sentyabr 2026 07:11
Həftədə 25 saat hosteldə işləyib... - Bu ölkədə pulsuz yaşamaq olar
18 Sentyabr 2026 15:22
Yeni pişik növü kəşf edilib
18 Sentyabr 2026 09:34
Siçan beyninə insan hüceyrələri yerləşdirdilər
18 Sentyabr 2026 09:17
Nağıl kimi həyat başlayır: Sərvətinə sərvət qatacaq 3 bürc
17 Sentyabr 2026 17:05


Bakı -°C

