Məkkədə Həcc zamanı ölən uşaq azərbaycanlı deyil - RƏSMİ
Məkkədə Həcc ziyarəti zamanı vəfat edən dörd yaşlı uşaq azərbaycanlı deyil.
Adalet.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanlar İdarəsindən (QMİ) bildirilib.
Bildirilib ki, məlumat həqiqəti əks etdirmir: “Azərbaycanlı zəvvarlar arasında dörd yaşlı uşaq yoxdur. Yayılan informasiyaya görə, vəfat edən uşaq misirli olub”.
Xarici KİV-in məlumatına görə, əslində, vəfat edən uşaq Misir vətəndaşıdır. Dörd yaşlı Yəhya Məhəmməd Ramazan Həcc mərasimlərini yerinə yetirən ailəsi ilə birlikdə ikən kəskin isti hava şəraitinə görə dünyasını dəyişib.
Qeyd edək ki, sosial şəbəkələrdə dörd yaşlı azərbaycanlı uşağın Məkkədə Həcc ziyarəti zamanı həyatını itirdiyi haqqında məlumat yayılmışdı. Məlumat üçün bildirək ki, Azərbaycandan Həcc ziyarətinə yollanan zəvvarlar arasında ən kiçiyi 2013-cü il təvəllüdlüdür.
Digər Xəbərlər
29 Sentyabr 2026 17:45
“Gəzə bilmirəm...” - Abid Şərifov
29 Sentyabr 2026 16:42
Zeynal Nağdəliyev yeni icra başçısını kollektivə təqdim etdi
29 Sentyabr 2026 14:50
Əvəz Zeynallı dəfn edildi
29 Sentyabr 2026 12:51
Polis təhlükəsizliyi yüksək səviyyədə təmin etdi...
29 Sentyabr 2026 12:29
Əli Həsənovun qızının Dubay mağazası: 3 milyonluq... - FOTO
28 Sentyabr 2026 22:00
İcra başçısı məmuru danladı - "Camaatın ağzından vurmayın" - VİDEO
28 Sentyabr 2026 19:07
Prezidentin Gədəbəyə təyin etdiyi icra başçısı kimdir? -DOSYE
28 Sentyabr 2026 19:04


Bakı -°C

