Məktəbəhazırlığa başlayan şagirdlərin sayı açıqlandı - YENİLƏNİB
Oktyabrın 1-də dövlət ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Adalet.az-a bildirilib ki, 2024-2025-ci tədris ilində idarənin tabeliyindəki 287 ümumi təhsil müəssisəsinin məktəbəhazırlıq qruplarına 23 min 438 uşaq qeydiyyatdan keçib.
Qeyd edək ki, dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında həftədə 4 gün olmaqla 12 məşğələ keçirilir. Məktəbəhazırlıq qruplarında dərs məşğələləri “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət”dən ibarətdir.
Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.
*** 13:38
Oktyabrın 1-dən 2024-2025-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarında məşğələlər başlayıb.
Adalet.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, iyulun 11-dən bu günə qədər ümumilikdə 93000-dən çox uşaq elektron sistem vasitəsi ilə məktəbəhazırlıq qrupların qəbul edilib.
Qeyd edilib ki, məktəbəhazırlıq uşaqlarda oxumaq həvəsini, onların məktəbə müsbət emosional münasibətinin formalaşdırılmasını, məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasını və birinci sinfə adaptasiyasını təmin edir.
Uşaqların məktəbəhazırlıq qruplarına ən azı 1 il getməsi məhz bu məqsədə çatmaq üçün zəruri addımlardan biridir.
Digər Xəbərlər
25 Oktyabr 2026 17:43
Peşəkar mühasib sertifikatı üzrə II mərhələ imtahanı keçirilib
23 Oktyabr 2026 17:45
Buraxılış və ali məktəblərə qəbul imtahanı üzrə bəzi fənlərin proqramları təsdiqləndi
23 Oktyabr 2026 16:12
LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı
23 Oktyabr 2026 13:14
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya sahəsində təhsil almaq istəyən gəncləri konfransa dəvət edir
22 Oktyabr 2026 16:07
Emin Əmrullayev: Anası ali təhsilli olan şagirdlərin nəticələri daha yuxarı olur
22 Oktyabr 2026 14:33
Azərbaycan Universiteti 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur
21 Oktyabr 2026 18:21
Polis Akademiyasında ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə dərslər keçirilir - FOTOLAR
21 Oktyabr 2026 09:44


Bakı -°C

